ELM VƏ TƏHSİL


Xəzər Universiteti Türkiyə universitetləri ilə birgə tələbə və kadr mübadiləsi aparacaq

Bakı, 6 yanvar, AZƏRTAC

Xəzər Universitetinin əməkdaşları Türkiyəyə səfərləri çərçivəsində Boğaziçi Universiteti, Sabancı Universiteti, Beykoz Universiteti, Üsküdar Universiteti, Kent Universiteti, TED Universiteti və Atılım Universitetində görüşlər keçiriblər.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə tələbə və kadr mübadiləsi, ikili diplom proqramlarının hazırlanaraq rəsmiləşdirilməsi, birgə seminarların, intensiv kursların, yay məktəblərinin təşkili, elmi-tədqiqat mərkəzlərinin yaradılması və tədqiqatların aparılması, doktorantlara elmi məsləhətçilərin təyini və s. sahələrdə müzakirələr aparılıb və razılıq əldə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.