ELM VƏ TƏHSİL


Xəzər Universiteti Türkiyənin universitetləri ilə əlaqələrini genişləndirir

Bakı, 14 mart, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazıçı İmdat Avşar Türkiyənin Nevşehir Hacı Bektaşi Veli Universitetində olublar.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, Nevşehir Hacı Bektaşi Veli Universitetinin rektoru, professor Mazhar Bağlı qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib.

H.İsaxanlı Xəzər Universitetinin yaradılması və bu günə kimi gördüyü işlərdən danışıb.

Hər iki universitetin rəsmiləri tərəfindən müqavilələr imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.