ELM VƏ TƏHSİL


Xəzər Universiteti ilə Almaniya İnstitutu arasında elmi-tədqiqatlara dair müzakirələr aparılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Tanınmış psixiatr, Münxen Psixiatrik Fenomik və Genomika İnstitutunun direktoru, professor Tomas Şultse Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qonağın təmsil etdiyi qurumla Xəzər Universiteti arasında elmi-tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparılıb.

Görüşdən sonra qonaq universitetlə tanış olub, oradan xoş təəssüratla ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.