ELM VƏ TƏHSİL


Xəzər Universiteti tələbələrinin uğuru

Bakı, 5 mart, AZƏRTAC

Xəzər Universiteti bir sıra xarici ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir. Belə əməkdaşlıqlardan biri də Xəzər Universiteti ilə Portuqaliyanın Braqanza Politexnik İnstitutu arasında ikili dərəcə proqramıdır.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, Xəzər Universitetinin tələbələri ikili dərəcə proqramı üzrə yüksək nəticələr əldə ediblər. Belə ki, Sənan Qədirov yüksək bal toplayaraq 2019-2020-ci tədris ilində kompüter mühəndisliyi (bakalavr) ixtisası üzrə ən yaxşı tələbə seçilib. Nicat İsmayılov isə 2019-2020-ci tədris ilində maksimum bal toplayaraq "Liderlik və Strateji İnsan Resurslarını İdarəetmə" (Leadership and Strategic Human Resource Management) mövzusu üzrə tezisini uğurla müdafiə edib və beynəlxalq biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi alıb. Nicat İsmayılov hazırda Portuqaliyanın Lissabon Universitetində magistratura təhsili alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.