ELM VƏ TƏHSİL


Xəzər Universitetində “Hədəf” kurslarının nəşrləri təqdim olunub

Bakı, 8 yanvar, AZƏRTAC

Xəzər Universitetində “Hədəf” kurslarının idarə heyəti ilə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, idarəetmə və tələbələrlə iş üzrə prorektor İsaxan İsaxanlı təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığının əhəmiyyətini vurğulayıb, universitetin tələbə kontingenti və potensialı barədə məlumat verib.

İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli isə universitetin ölkə daxilində və beynəlxalq aləmdəki nüfuzu, məzunların iş imkanları barədə fikirlərini bölüşüb. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy Xəzər Universiteti haqqında təqdimatla çıxış edib.

“Hədəf” kurslarının icraçı direktoru Emin Sadiqov tədris prosesi, sınaq imtahanları və təhsillə bağlı layihələrdən danışıb.

Sonra “Hədəf” kurslarının nəşrləri təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.