ELM VƏ TƏHSİL


Xəzər Universitetində İranın Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin filialı yaradılıb

Bakı, 4 yanvar, AZƏRTAC

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzində İranın Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin (RICeST İran) filialı yaradılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, filialın məqsədlərindən biri fars və başqa dillərdə Azərbaycan ədəbiyyatını təbliğ etmək və beynəlxalq ictimaiyyəti RICeST-in mövcud elmi informasiya resursları ilə tanış etməkdir. RICeST dünya ölkələrində çap olunmuş tam mətnli fars məqalələrinin ən böyük məlumat bazasıdır.

Xəzər Universiteti ilə RICeST və İslam Dünyası Elmi Sitat Mərkəzi (ISC) arasında iki memorandum imzalanıb. Bu razılaşmalar çərçivəsində əməkdaşlıq bir çox mühüm elmi sahələrdə, məsələn, elm və texnologiya sahəsində yerli və regional tədqiqatlara dəstək olmaq və əməkdaşlıq etməkdir. Belə əməkdaşlıq bir çox elmi sahələrin inkişafına kömək edəcək:

• ISC Science Citation Database-də Xəzər Universitetinin elmi jurnallarını indeksləşdirmə;

• Xəzər Universitetinin beynəlxalq reytinq sistemində sıralamasını yüksəltmək;

• elmi informasiya mübadiləsi;

• elmi nəticələrin artırılması üçün müəllimlərin təlim kursları və s.

Üç il ərzində Xəzər Universitetinin professor və tələbələri, eləcə də Azərbaycanda digər tədqiqatçılar onlayn girişdə olan RICeST-in tam mətnli məqalələrindən istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.