ELM VƏ TƏHSİL


Xəzər Universitetində PAWER layihəsinin yekun konfransı olub

Bakı, 27 fevral, AZƏRTAC

Xəzər Universitetində L’Aquila Universitetinin idarə etdiyi “Regional mobillik üçün şərait yaratmaq və keyfiyyət, uyğunluq və bərabərliyin təminatı” (PAWER) adlı Erasmus+ layihəsinin yekun konfransı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Monqolustan və Qırğızıstan Təhsil nazirliklərinin, yerli və xarici tərəfdaş universitetlərin nümayəndələrinin iştirak etdiyi tədbiri Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova açıb.

Sonra Azərbaycan Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov PAWER layihəsi haqqında məlumat verib.

Tədbirdə layihənin koordinatoru, L’aquila Universitetinin professoru Anna Tozzi bu layihənin yeni nəsil üçün sadəcə başlanğıc olduğunu vurğulayıb.

L’aquila Universitetinin digər nümayəndəsi Massimiliano D’innocenzo təqdimatında 36 ölkənin iştirak etdiyi PAWER layihəsində görülən işlər və mərhələlər haqda məlumat verib.

Sonra Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva Azərbaycan universitetlərindəki təhsil sistemi, mərhələləri və təhsil ocaqlarımızdakı Bolonya sistemi, həmçinin 2005-ci ildən 2018-ci ilədək baş vermiş islahatlardan danışıb.

Vroslav Universitetinin nümayəndəsi Krzysztof Kafarsky və digər çıxış edənlər layihənin keyfiyyət qiymətləndirməsinin nəticələri haqqında, layihə çərçivəsində keçirilmiş seminarlar, təlimlər və onların nəticələri, güclü və zəif tərəfləri barədə məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.