MƏDƏNİYYƏT


Xəzər Universitetində konsert proqramı təqdim olunub

Bakı, 22 sentyabr, Məmməd Məmmədli, AZƏRTAC

Sentyabrın 22-də Xəzər Universitetinin Fikrət Əmirov konfrans-konsert mərkəzində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir sənətinin gənclik sədaları” adı altında konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Xalq artisti Sərdar Fərəcov festivalın əhəmiyyətindən danışıb.13 ildir ölkəmizdə Üzeyir Hacıbəylinin adını daşıyan beynəlxalq musiqi festivalının keçirildiyini söyləyən Sərdar Fərəcov deyib: “Son 7 ildir Xəzər Universiteti bu festivalda iştirak edir. Universitetin festivala qatılması təqdirəlayiq və festivala rəng qatan bir hadisədir. Bu illər ərzində universitet yeni-yeni əsərlər, ifaçılar təqdim etməklə bizi sevindirir. Ümid edirəm builki festivala yeni nəfəs gətirən gənc ifaçı Yulia Behbudovanın ifası dinləyicilərin zövqünü oxşayacaq”.

Konsertdə Xəzər Universitetinin kamera orkestri çıxış edib. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.

Konsertdə Əməkdar artistlər Fərid Əliyev, Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yulia Behbudovanın ifaları dinlənilib.

Proqram çərçivəsində Nikolay Rimskiy-Korsakovun “Seyrələn uçan buludlar”, Frans Leqarın “Djuditta” operasından Djudittanın mahnısı, Leo Delibin “İspan mahnısı”, Tomazo Albinoninin ”Adajio”, Sərdar Fərəcovun “Elegiya”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası və digər bəstəkarların əsərləri səsləndirilib.

Konsert Fikrət Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın bayramı” musiqi nömrəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.