ELM VƏ TƏHSİL


Xəzər Universitetində şahmat akademiyası fəaliyyətə başlayıb

Bakı, 11 fevral, AZƏRTAC

Xəzər Universitetinin nəzdində yaradılan Şahmat Akademiyasının açılış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Gənclər və İdman Nazirliyinin, Şahmat Federasiyasının nümayəndələri, şahmatçılar, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, müasir tələblərə cavab verən, yeni tədris proqramları üzrə fəaliyyət göstərəcək şahmat akademiyası yaratmaqda məqsəd Azərbaycanda şahmatın inkişafına töhfə verməkdir. Hamlet İsaxanlı Azərbaycan şahmatının tarixi, onun gələcək inkişaf yolları haqqında öz fikirlərini bildirib.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov, uzun illər ölkə şahmatının inkişafına xidmət etmiş beynəlxalq qrossmeyster, Əməkdar məşqçi Sərxan Quliyev və başqaları çıxış edərək yeni yaradılan akademiyanın ölkə şahmatı üçün xeyirli işlər görəcəyinə inamlarını ifadə ediblər. İştirakçılar arasında Azərbaycan şahmatının inkişafı ilə bağlı müzakirələr aparılıb.

Şahmat akademiyasında dərslər beynəlxalq qrossmeyster Nicat Məmmədovun 25 illik şahmat təcrübəsi və FIDE ustası Elşad Rzayevin pedaqoji fəaliyyətinə əsaslanan, hər səviyyəyə uyğun hazırlanmış illik tədris proqramları əsasında keçiriləcək. Gələcəkdə bu təcrübələrin serial kitablar şəklində ictimaiyyətə çatdırılması planlaşdırılır. Bundan əlavə, akademiyada istedadlı və şahmata böyük həvəs göstərən uşaqlar üçün mütəmadi seans, seminar və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

Xəzər Universitetinin şahmat akademiyası ölkədə bu işlə məşğul olan yeganə təhsil məkanıdır ki, burada dərslər beynəlxalq qrossmeyster və FIDE ustası tərəfindən aparılır. Akademiyada dərslər 4 dildə (Azərbaycan, türk, rus və ingilis dili) tədris edilir. Eyni zamanda, akademiyada azyaşlı uşaqlar üçün dərslər xüsusi hazırlanmış rəngarəng, əyləncəli proqramlarla tədris olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.