ELM VƏ TƏHSİL


Xəzər Universitetində yeni tədris ili başlanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Xəzər Universitetində 2019/2020-ci tədris ilinin açılışı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yeni qəbul olunmuş tələbələri və onların valideynlərini təbrik edib, gənclərə uğurlar arzulayıb.

Rektor İradə Xəlilova universitetdə tələbələr üçün yaradılan təhsil şəraitindən və onların hərtərəfli inkişafını təmin edən proqramlardan danışıb.

Sonra universitetin müxtəlif ixtisaslarına yüksək balla qəbul olunmuş gənclərə hədiyyələr təqdim edilib.

Tələbələr adından çıxış edən Nicat Hacıyev onlara göstərilən etimadı uğurlu təhsilləri ilə doğruldacaqlarını bildirib.

Tədbir musiqi proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.