ELM VƏ TƏHSİL
Xəzər Universitetinin müəllimi Fulbrayt Məzunları Sertifikatı ilə təltif edilib
Bakı, 28 iyul, AZƏRTAC
Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə ABŞ Dövlət Departamentinin Fulbrayt Xarici Təqaüd Şurası və Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən Fulbrayt Məzunları Sertifikatı ilə təltif edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu sertifikat onun Birləşmiş Ştatlardan və təxminən 160 ölkədən 400 mindən çox Fulbrayt alimi, müəllimi və tələbələrindən ibarət canlı qlobal şəbəkəyə qoşulmasını təmin edir.
Qeyd edək ki, Nilufər Əlizadə bu yaxınlarda ABŞ-ın Arkanzas Universitetində qonaq tədqiqatçı proqramını bitirib. Onun tədqiqat sahəsi alim-təcrübəçi modelinə uyğun olaraq klinik psixologiyanın tədrisi metodlarına əsaslanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]