MƏDƏNİYYƏT


Xəzər Universitetinin musiqi kollektivi Ankarada möhtəşəm konsert proqramı ilə çıxış edib

İstanbul , 20 noyabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən Xəzər Universitetinin musiqi kollektivi Ankarada möhtəşəm konsert proqramı ilə çıxış edib.

Türkiyənin Hacıtəpə Universitetində təşkil olunan konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar Artist Fidan Hacıyevanın, tələbə solistlərin və Xəzər Universitetinin oğlanlar və qızlardan ibarət rəqs qrupunun ifaları hərarətli alqışlarla qarşılanıb.

Konsert sözügedən universitetlər arasında imzalanmış mədəni əməkdaşlıq əlaqələrinə dair anlaşma memorandumu əsasında həyata keçirilən proqrama uyğun təşkil olunub.

Konsertdə hər iki universitetin rəhbərliyi, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət adamları iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.