ELM VƏ TƏHSİL
Xəzər Universitetinin tələbələri Dilçilik İnstitutunda
Bakı, 7 yanvar, AZƏRTAC
Xəzər Universitetinin filologiya fakültəsinin tələbələri Azərbaycan dilinin dialektologiyası və Müasir Azərbaycan dili fənlərinin tədrisi çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Möhsün Nağısoylu ilə görüşdə tələbələrə elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və beynəlxalq əlaqələri barədə məlumat verilib. Görüşdə Xəzər Universitetinin təhsil departamentinin müəllimi, Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı müstəqillik dövründə dilçilik elminin inkişafından, yeni yaranan dilçilik sahələri və dildə baş verən dəyişikliklərdən, dilimizin saflığının qorunması istiqamətində görülən işlərdən danışıb.
Tələbələr daha sonra müəssisənin şöbələri və kitabxanası ilə tanış olublar. Onlara lüğətlərin hazırlanması, tərtibi, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normalarına riayət olunmasının təmin edilməsi, dilimizin terminoloji bazasının inkişaf istiqamətləri, həmçinin müəssisənin fondlarında qorunan nadir kitablar və kolleksiyalar haqqında məlumat verilib.
Sonda tələbələrə ”Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” hədiyyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]