ELM VƏ TƏHSİL


Xəzər Universitetinin tələbələri Dünya Robot Olimpiadasında uğur qazanıblar

Bakı, 18 noyabr, AZƏRTAC

Xəzər Universitetinın Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs Macarıstanda keçirilmiş Dünya Robot Olimpiadasında ölkəmizi təmsil etmiş tələbələrdən ibarət komandanın üzvləri ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Hassan Niknafs tələbələri qazandıqları uğur münasibətilə təbrik edib, onlara daha böyük uğurlar arzulayıb və hədiyyələr təqdim edib.

Macarıstanda dörd gün davam edən yarışda Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri Tamerlan Abdullayev, Tuqay Abdullazadə və Səməd Cabbarlıdan ibarət komanda robototexnika sahəsində yenilikləri ilə tanınan ölkələri – ABŞ, Koreya Respublikası, Hindistan, Tayland və Çini üstələyərək, 83 komanda arasında 33-cü yeri tutmağa müvəffəq olub. Komandaya kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Emin Bayramov rəhbərlik edib.

Emin Bayramov görüşdə iştirak edən Təbiət elmləri və mühəndislik fakültəsində kompüter mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə təhsil alan birinci kurs tələbələri ilə yarış haqqında təəssüratlarını bölüşüb və onların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.