ELM VƏ TƏHSİL


Xəzər Universitetinin tələbələri Hərbi Qənimətlər Parkında

Bakı, 8 may, AZƏRTAC

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin koordinatoru Orxan Zamanov və departamentin müəllimi Zəhra İslamovanın təşkilatçılığı və rəhbərliyi ilə I kurs tələbələri Hərbi Qənimətlər Parkında olublar.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tələbələr 44 günlük Vətən müharibəsi dövründə müzəffər Ordumuz tərəfindən düşmənin ələ keçirilmiş silah, döyüş və digər hərbi texnikaları, həmçinin mühəndis istehkam qurğularını böyük maraqla izləyiblər.

Hərbi Qənimətlər Parkına səfər etməkdə əsas məqsəd tələbələri Vətən müharibəsi ərzində şanlı Ordumuzun keçdiyi ağır döyüş yolu, hərbi əməliyyatların gedişatı və Zəfər qalibiyyətimizin nəticələri ilə əyani surətdə tanış etmək olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.