İQTİSADİYYAT


“Xəzər adaları” layihəsinin böyük əhəmiyyəti artıq dünyaya bəlli olacaqdır

Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycanda həyata keçirilən “Khazar Islands” (Xəzərdə ada) layihəsi çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalanmışdır ki, bunun da ilkin dəyəri 510 milyon avrodur.

Layihənin icraçısı olan “Avesta” konserninin prezidenti Hacı İbrahimov bildirmişdir ki, bu il bir çox böyük şirkətlərin Azərbaycana sərmayə qoyması nəzərdə tutulmuşdur. Bununla da “Xəzər adaları” layihəsinin böyük əhəmiyyəti artıq dünyaya bəlli olacaqdır. Hazırda bu layihə daxilində xeyli işlər görülür, artıq 13 binanın tikintisi işləri gedir. Yaşıllaşdırma işləri demək olar ki, başa çatdırılmış, 10 restoranın inşasına başlanılmışdır.

Konsernin prezidenti əlavə etmişdir ki, artıq “Khazar İslands”da mənzil və obyekt satışı da həyat keçirilir.

Şəhərdə tikinti işləri 3 mərhələdə aparılır. Belə ki, 2016-cı ilədək 1-ci mərhələnin, 2020-ci ilədək 2-ci mərhələnin, 2025-ci ilədək isə sonuncu, yəni üçüncü mərhələnin başa çatdırılması planlaşdırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.