CƏMİYYƏT


Xəzər dənizində dalğanın hündürlüyü 2.3 metrə çatıb

Bakı, 23 fevral, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağış yağıb və qara keçib. Hazırda Bakıda yağış yağır.

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.3 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.