CƏMİYYƏT


Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb

Bakı, 21 yanvar, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qar örtüyünün hündürlüyü Şarıbaşda (Qax) 45, Ağdərədə (Ordubad) 27, Şamaxıda 25, Daşkəsəndə 22, Şərurda 20, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18, Qəbələ, Şəki, Altıağacda 17, Lerikdə 14, Göygöldə 13, Kəlvəz, Şahbuzda 12, Quba, Qrızda 11, Yardımlıda 10, Naxçıvan, Sədərək, Mərəzədə 9, Xaçmaz, Xaltanda 7, Salyanda 6, Şahdağda 4, Oğuzda 2, Neftçala, Astarada 1 santimetr təşkil edib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 12 (aylıq normanın 51 faizi), Binədə 11 (aylıq normanın 47 faizi), Maştağada 10 (aylıq normanın 36 faizi), Pirallahıda 9 (aylıq normanın 49 faizi), Sumqayıtda 6, Çilov adasında 2, Neft Daşlarında 1 millimetr; Lənkəran-Astara zonasında: Astarada 17, Lerik, Biləsuvarda 14, Neftçalada 12, Lənkəranda 11, Yardımlıda 9, Kəlvəzdə 6 millimetr; Naxçıvan Muxtar Respublikasında: Ordubadda 10, Şahbuzda 9, Ağdərədə (Ordubad) 5, Naxçıvanda 3, Şərurda 2 millimetr; Kiçik Qafqaz zonasında: Gədəbəy, Daşkəsəndə 1 millimetrədək; Böyük Qafqaz zonasında: Sarıbaşda (Qax) 8, Qusarda 7, Altıağac, Oğuzda 6, Qəbələ, Şabran, Quba, Şəki, Mərəzədə 5, Xaçmaz, Kişçayda (Şəki) 3, Xaltanda 2 millimetrədək; Mərkəzi Aran zonasında: Salyanda 12, Sabirabad, Qazıməmməddə 8, Cəfərxanda 7, Göyçay, İmişli, Kürdəmirdə 4, Zərdab, Beyləqanda 2, Bərdə, Tərtərdə 1 millimetrədək olub.

Naxçıvan, Şərur, Daşkəsən, Qəbələ, Şamaxı, Mərəzə, Qrız, Göyçay, Lerik, Kişçayda (Şəki), Sarıbaş (Qax), Yevlax, Qazıməmməddə duman müşahidə edilib.

Şimal-qərb küləyi əsib, arabir Neft Daşlarında 20, Sumqayıtda19, Naftalan, Qum adasında 18, Çilov adası, Bakıda 17, Pirallahıda 15 metr/saniyəyədək güclənib. Neft Daşları meteorologiya stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 2° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0°-yə yaxın, Aran rayonlarında 2°, dağlıq rayonlarda 8-11°, yüksək dağlıq ərazilərdə 14-20°, Naxçıvan Muxtar Respublikasında 7-11° şaxta olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.