CƏMİYYƏT


Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Bakı, 3 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin avqustun 3-ü saat 19:00-a olan məlumatına əsasən Bakı, Maştağa, Pirallahı, Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan, İmişli, Salyan, Qazıməmməd, Netfçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, leysan yağışları nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Neftçalada 22, Bakıda və Qum adasında 28, Maştağada 25, Çilov adasında 22, Pirallahıda 20, Binədə 19, Neft Daşlarında saniyədə 22 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.