CƏMİYYƏT


Xəzər dənizində dalğanın hündürlüyü 4.7 metrə çatıb

Bakı, 13 iyul, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, küləyin maksimal sürəti Gəncə və Naftalanda 34, Tərtərdə 30, Tovuzda 26, Bərdədə 25, Mingəçevirdə 24, Şəmkirdə 22, Göyçay və Yevlaxda 21, Nabranda 20, Neftçala və Ağstafada 18, Zaqatalada 15, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 17-23, arabir 26-28 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.7 metrə çatıb.

Düşən yağıntının miqdarı Göygöldə 18, Qusarda 6, Sarıbaş (Qax), Tərtərdə 4, Yevlaxda 3, Xınalıq və Qubada 2, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 millimetr olub.

Göygöl və Hacıkənddə diametri 15, Gədəbəydə diametri 11 millimetr olan, Gəncədə isə xırda dənəli dolu düşüb.

İyulun 13-ü axşam və 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv yağış yağacağı gözlənilir.

Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.