CƏMİYYƏT


Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb

Bakı, 2 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 14:30-a olan məlumatına əsasən, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Qusar-Ləzədə 45, Qubada 24 (aylıq normanın 36 faizi), Qusarda 24 (aylıq normanın 66 faizi), Qrızda 24 (aylıq normanın 110 faizi), Qəbələdə 20 (aylıq normanın 36 faizi), Xınalıqda 18 (aylıq normanın 49 faizi), Şamaxıda 15 (aylıq normanın 31 faizi), İsmayıllıda 14 (aylıq normanın 29 faizi), Xaltanda 13.0 millimetr (aylıq normanın 60 faizi), Nabranda 12, Oğuzda 11, Altıağac, Kürdəmirdə 9 (aylıq normanın 34 faizi), Naftalanda 9, Kişçay (Şəki), Yevlaxda 8 (aylıq normanın 49 faizi), Siyəzən, Şabranda 7 (aylıq normanın 29 faizi), Göyçay, Ağsu, Ağdərədə (Ordubad) 6, Göygöl, Ağstafa, Sarıbaş (Qax), Şəki, Mingəçevir, Daşkəsəndə 5, Lerik, Ağdam, Şahbuzda 4, Astara, Şərurda 3, Qobustan, Sədərəkdə 2, Beyləqan, İmişli, Zaqatala, Naxçıvan, Şəmkir, Sabirabad, Biləsuvarda 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 34, Qusar-Ləzə, Qrızda 30, Xınalıqda 25, Xaltanda 10, Altıağacda 7, Qusarda 4, Ağdərədə (Ordubad) 2, Quba, Daşkəsəndə 1 santimetr təşkil edib.

Qərb küləyi əsib, arabir Tərtər, Naftalanda 30, Gəncə, Ağdamda 28, Mingəçevirdə 27, Tovuz, Bərdədə 26, Daşkəsəndə 25, Şəmkirdə 22, Ağstafa, Kəlvəz, Zərdab, Neftçala, Qrız, Astara, Ceyrançöldə 20, Yevlaxda 19, Yardımlı, Gədəbəy, Şahbuzda 18, Göyçay, Naxçıvanda 16, Bakıda və Abşeron yarımadasında: Bakıda 28, Neft Daşlarında 22, Pirallahı, Çilov adasında 20, Maştağa, Binədə 19, Qum adası, Ələtdə 18, Sumqayıtda 16 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 5-7° isti, dağlıq rayonlarda 7°-dək şaxta, Naxçıvan Muxtar Respublikasında 2-5° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.