CƏMİYYƏT


Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb

Bakı, 28 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən xəbər verdiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxmış, arabir leysan xarakterli yağış yağıb, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° enib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, leysan yağışları nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağışın miqdarı Ləzədə 27 (Qusar, aylıq normanın 91 faizi), Qrızda 12, Kişçayda (Şəki) 11, Gəncədə 10, Xınalıq, Quba, Tovuz, Qusarda 9, Balakən, Oğuzda 8, Nabranda 7, Zaqatalada 6, Mingəçevirdə 4, Çeyrançöldə 3, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2, Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 millimetrədək olub.

Şəmkirçay Qalakənddə diametri 22 millimetr, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 millimetr, Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xırda dənəli dolu yağıb.

Şimal-qərb küləyi əsib, arabir Daşkəsən, Neftçalada 25, Naftalan, Altıağac, Ağstafada 20, Çeyrançöldə 19, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18, Şabran, Şirvanda 17, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35, Sumqayıtda 31, Qum adasında 30, Neft Daşlarında 28, Çilov adası, Pirallahıda 25, Binədə 24 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.