CƏMİYYƏT


Xəzər dənizində külli miqdarda tütün məmulatlarının qaçaqmalçılığının qarşısı alınıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlərlə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 21-də DSX-nin və Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb.

Salyan rayonu istiqamətindən naməlum iki üzmə vasitəsinin rejim qaydalarını pozaraq gecə vaxtı icazəsiz dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən, DSX Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin əraziyə göndərilib. Üzmə vasitələrinin hərəkəti texniki müşahidə avadanlığı və radarlar vasitəsilə nəzarətə götürülüb, sahildən 1,6 mil məsafədə iki nəfər heyət üzvü olan bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərriksiz rezin qayıq saxlanılıb.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonunun Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.

Qayıqlara baxış zamanı ümumilikdə 48 min 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkarlanıb.

Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.