CƏMİYYƏT


Xəzər dənizində növbəti yeraltı təkanlar qeydə alınıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Xəzər dənizində növbəti zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 09:33-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.5 olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Xəzər dənizində gün ərzində ilk zəlzələ saat 07:06-da baş verib və maqnitudası 4.4 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.