CƏMİYYƏT


Xəzər dənizində növbəti yeraltı təkanlar qeydə alınıb

Bakı, 1 may, AZƏRTAC

Xəzər dənizində növbəti zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:32-də qeydə alınıb.

Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Xatırladaq ki, bu gün saat 04:19-da və 04:20-də Xəzər dənizində maqnitudaları müvafiq olaraq 4 və 3.4 olan iki yeraltı təkan da qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.