Xəzər dənizinin Azərbaycan bölməsində ölü suitilər aşkarlanıb
AzerTAg.az

Bakı, 7 dekabr, AZƏRTAC
Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi tələfatı hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti leşi aşkar olunub.
"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək", - deyə xidmət rəisi qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var