Xəzər dənizinin Azərbaycan sahillərində daha dörd ölü suiti aşkarlanıb
AzerTAg.az

Bakı, 9 dekabr, AZƏRTAC
Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi tələfolma hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan sektorunda monitorinqlər davam etdirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, keçirilən monitorinqlər zamanı dekabrın 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Xəzər dənizinin Novxanı, Goradil, Şüvəlan sahillərində ümumilikdə dörd suiti leşi aşkar olunub.
Xidmət rəisinin sözlərinə görə, suitilərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən leşlərdən nümunələr götürülüb, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var