ELM VƏ TƏHSİL


Xəzər dənizinin Azərbaycana aid hissəsində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb

Bakı, 25 yanvar, AZƏRTAC

İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığına (beluqa) rast gəlinib. Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq, bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov AZƏRTAC-a bildirib ki, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa, üstünlük təşkil edir. Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır.

O diqqətə çatdırıb ki, Ural çayında təbii şərait saxlanılıb, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilir: “Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmir”, - deyə tədqiqatçı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.