İQTİSADİYYAT
Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin böyük rolu var
Tbilisi, 16 fevral, AZƏRTAC
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində BP-nin regional prezidenti Qəri Counz ilə görüşüb.
AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, görüşdə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çatdırılmasında Cənub Qaz Dəhlizinin inkişafının vacibliyi vurğulanıb. Eyni zamanda, “Şahdəniz” yatağından hasil olan təbii qazın Azərbaycandan Türkiyəyə nəqli üçün tikilən Cənubi Qafqaz qaz boru kəmərinin inkişaf perspektivləri diqqət mərkəzində olub.
D.Kimsişvili BP-nin Gürcüstandakı fəaliyyətini qənaətbəxş qiymətləndirib. Bildirilib ki, BP-nin Gürcüstan ərazisində həyata keçirdiyi layihələr təkcə Gürcüstanın enerji təhlükəsizliyinə deyil, bütövlükdə regionun iqtisadi inkişafı və enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]