CƏMİYYƏT


Xəzər dənizinin rekreasiya zonalarında və çimərlik ərazilərində monitorinqlərə başlanılıb

Bakı, 20 may, AZƏRTAC

Hər il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin rekreasiya zonalarında, çimərlik ərazilərində monitorinqlərə start verib. Monitorinqlər təkcə çimərlik mövsümündə və ya çimərlik mövsümünə qədər aparılmır, il ərzində mütəmadi olaraq keçirilir. Xüsusən yay mövsümünün yaxınlaşmasını nəzərə alsaq, monitorinqlərin intervalını artırırıq, daha intensiv şəkildə həyata keçiririk. Çalışırıq ki, hansı çimərliklərin əhalinin istifadəsinə daha yararlı olduğunu müəyyənləşdirək. Çimərlik mövsümünün başlamasına yaxın bir müddətdə - iyun ayının əvvəlində nəticələr ictimaiyyətə açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan ekspert saatında deyib.

Monitorinqlərin iki qurum tərəfindən aparıldığını diqqətə çatdıran idarə rəisi qeyd edib: “Çimərlik ərazilərində tərəfimizdən dəniz nümunələri götürülür. Hər iki nazirliyin laboratoriyaları mövcuddur. Həmin laboratoriyalarda dəniz suyunun keyfiyyət göstəriciləri tərəfimizdən müəyyən olunur. Dəniz su nümunələri üzərində həm fiziki-kimyəvi, həm bioloji, həm də toksikoloji təhlillər aparılır. Həmin keyfiyyət göstəricilərinə uyğun olaraq müəyyənləşdiririk ki, hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmə var. Həmin parametrləri, meyarları əsas tutaraq çirkli və nisbətən çirkli və yaxud təmiz əraziləri müəyyən edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.