ELM VƏ TƏHSİL


Xəzər dənizinin sahil sularına ekoloji təzyiqlər müzakirə edilib

Bakı, 19 iyul, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında İqlimşünaslıq və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərovun “Kür deltasının keçid sularına və deltadan Lənkərana qədər Xəzər dənizinin sahil sularına təzyiqlər və onların təsiri” mövzusunda məruzəsi dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim apardığı tədqiqatların nəticələri barədə məlumat verib. O qeyd edib ki, tədqiq olunan ərazidə ən gərgin ekoloji vəziyyət Kürün deltasından Qızılağac körfəzinə qədər sahil sularında müşahidə edilir və bu da əsasən müxtəlif çay, kanal və kollektorlarla dənizə axıdılan çirkləndiricilərlə əlaqədardır. Ekoloji təzyiqlərin təsirlərini daha dəqiq müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmasına ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.