CƏMİYYƏT


Xəzər dənizinin sahili sökülən qanunsuz tikililərin qalıqlarından təmizlənir

Bakı, 16 avqust, AZƏRTAC

Xəzər rayonunun Buzovna qəsəbəsində sökülən qanunsuz tikililərin qalıqlarının təmizlənməsi prosesləri davam etdirilir.

Xəzər Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı şəhəri və Xəzər Rayon icra hakimiyyətlərinin nəzarəti altında davam etdirilir.

Belə ki, texnikanın dağıtdığı tikintilərin qalıqları şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir. Ərazidə canlı qüvvə ilə yanaşı, texnikalardan da istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.