MƏDƏNİYYƏT


“Xəzər” jurnalının yeni nömrəsi çapdan çıxıb

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Luiza Qlyukun, “Azərbaycan ədəbiyyatı” rubrikasında isə Akif Səmədin şeirləri yer alıb.

“Skandinaviya nəsri” rubrikasında Hans Kristian Branner, Kjell Askildsen və Melker İnqe Qarayın hekayələri təqdim olunub. “İlahi keçid” rubrikasında oxucular Tövratın tərcüməsilə tanış ola bilərlər.

“Korifeylər” rubrikasında bu dəfə Migel Asturias “Senyor Prezident” romanı ilə oxucuların görüşünə gəlib.

“Çağdaş Sloveniya poeziyası”nda Andrey Xoçevar, Veronika Dintinyana və Katarina Qombots şeirləri ilə oxucularda xoş ovqat yaratmağa çalışıblar.

“Hekayə” rubrikasında Mirça Eliadenin hekayələri verilib. “Yaddaş” rubrikasında Andre Klotun “Fateh Sultan Mehmed” əsəri, “Roman” rubrikasında isə Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” romanı təqdim olunub.

Jurnalın “Teatr” rubrikasında oxucular Lola Koenin “Strasberq metodu” və digər əsərlər ilə tanış ola biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.