MƏDƏNİYYƏT


Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir

Bakı, 27 iyul, AZƏRTAC

Xəzər rayon Mərkəzi Kitabxana Sistemi (MKS) karantin müddətində elm, mədəniyyət, incəsənət xadimləri ilə evdən onlayn canlı yayımları davam etdirir.

MKS-dən AZƏRTAC-a bildirilib ki, “online müzakirə” rubrikası altında keçirilən növbəti canlı yayımın qonağı mədəniyyət işçisi, AMEA-nın dissertantı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili olub.

Müsahibə xarakterli canlı yayımda qonaq ölkəmizdə elan edilən sərtləşdirilmiş karantin rejimi haqqında danışaraq, xalqımızı birlik nümayiş etdirməyə, qoyulan qaydalara riayət etməyə səsləyib, dünyanı ağuşuna almış bu bəlaya yalnız məsuliyyət nümayiş etdirməklə qalib gələ biləcəyimizi vurğulayıb. O, kitabxanaçılıq sahəsində fəaliyyəti haqqında geniş məlumat verib, Mədəni-Maarif Texnikumunda, kitabxanaçıların ixtisas artırma kurslarında pedaqoji fəaliyyətindən bəhs edib. Bundan əlavə, İ.Əlili ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində aparılması mühüm olan nüanslar haqqında da dəyərli fikirlər söyləyib, Türkiyəyə səfər edərkən iştirak etdiyi kitab festivalları haqqında məlumat verib, qardaş ölkədə kitab və kitabxana sisteminə olan münasibətdən söhbət açıb.

Canlı yayım müddətində onun yaradıcılığına dair suallar cavablandırılıb, müəllifi olduğu kitablar haqqında məlumat verilib.

Canlı yayım istifadəçilərinin çoxsaylı istəklərini nəzərə alaraq, şairə qələmə aldığı şeirlərinin bir çoxunu səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.