CƏMİYYƏT


Xəzər rayon sakinindən silah-sursat aşkarlanaraq götürülüb

Bakı, 2 dekabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ş.Rəcəbovun yaşadığı Şüvəlan qəsəbəsindəki evinə baxış zamanı oradan nömrəsi silinmiş pnevmatik tapança, 15 ədəd patron və patron darağı aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.