Xəzər rayon təhsil işçiləri arasında intellektual oyun təşkil olunub
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Rayon Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Xəzər rayon təhsil işçiləri arasında intellektual oyun keçirilib.
Xəzər Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirin keçirilməsində məqsəd gənc müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha dərindən öyrənməkdən ibarətdir.
Oyunda 149 nömrəli tam orta məktəbin “Axilles” komandası birinci olub. 241 nömrəli tam orta məktəbin “Şuşa” komandası yarışı ikinci, 234 nömrəli tam orta məktəbin “İstiqlal” kollektivi isə üçüncü olub.







Xəbərin mətnində orfoqrafik səhv var