CƏMİYYƏT
Xəzər rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib







Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və müavinləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Soltan Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin kursantları, bir qrup hərbi qulluqçu və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra Şağan Mədəniyyət Mərkəzində Orxan Cabbarlının müəllifliyi ilə Azərbaycan Televiziyası tərəfindən lentə alınmış ulu öndər Heydər Əliyev haqqında “Unudulmaz gün” adlı sənədli film nümayiş etdirilib.