İQTİSADİYYAT
Xəzər rayonunda 450 abonentin təbii qaz təchizatında fasilə yaranıb
Bakı, 13 yanvar, AZƏRTAC
Xəzər rayonunda 450 abonentin təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 13-də Xəzər rayonunun Zirə Südçülük ərazisində yük avtomobili ilə diametri 108 millimetr olan qaz xəttini vuraraq tamamilə yararsız hala salıblar. Qəzanı törədən avtomobil qırılan qaz xətlərini yerləşdiyi yerdən 20 metr kənar məsafəyə sürüyərək aparıb. Hazırda 450 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bundan başqa, bu gün Şəmkir rayonunun Sabirkənd ərazisində də eyni diametrdə olan qaz xəttini kranla vuraraq qırıblar. Sözügedən ərazidə 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]