CƏMİYYƏT


Xəzər rayonunda “Fiat” markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yolu keçən 55-60 yaşlı kişi Bakı şəhər sakini A.İsmayılovun idarə etdiyi “Fiat” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov rayonunun Z.Bünyadov prospektində isə yolu keçən paytaxt sakini Pərvanə Şahbazova Bakı şəhər sakini E.Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.

Hadisələrlə bağlı Xəzər və Nərimanov Rayon Polis idarələri tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.