CƏMİYYƏT
Xəzər rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Xəzər rayonunun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan yarışda birinci yeri 121 nömrəli tam orta məktəbin komandası tutub. İkinci pillədə 234, üçüncü yerdə isə 322 nömrəli tam orta məktəblərin təmsilçiləri qərarlaşıblar.
Yarış Xəzər Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Xəzər Gənclər Evinin təşkilatçılığı ilə təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:00]
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır
- 29.03.2024 [16:43]