CƏMİYYƏT


Xəzər rayonunda “Qarabağ atları” mövzusunda tədbir keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Xəzər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi, rayon Gənclər evinin təşkilatçılığı ilə Binə qəsəbəsindəki “Elite Horse Club”da 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Qarabağ atları” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 80 gənc rəssamın çəkdikləri at rəsmlərindən ibarət sərgiyə baxış olub.

Sərgi ilə tanışlıqdan sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev tədbirdə çıxış edərək 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə təbriklərini çatdırıblar. Çıxışlarda ölkəmizdə gənclərin inkişafı istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərdən söhbət açılıb.

Sonda qaliblər diplom və hədiyyələrlə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.