CƏMİYYƏT
Xəzər rayonunda Qurban bayramı münasibətilə şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanıb





Bakı, 19 iyul, AZƏRTAC
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin, qazilərin və iştirakçılarının ailələrinə daim diqqət və qayğı ilə yanaşılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin ailələri Qurban bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ziyarət edilib və onlara bayram sovqatları paylanılıb.
Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələrinin üzvləri övladlarının xatirəsinin yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətimizin başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.