CƏMİYYƏT


Xəzər rayonunda “VAZ-21705” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakı, 6 avqust, AZƏRTAC 

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Bəşir Bəşirov Bakı şəhər sakini M.Həsənlinin idarə etdiyi “VAZ-21705” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.