CƏMİYYƏT


Xəzər rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Baki, 23 oktyabr, AZƏRTAC

Xəzər rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Qasımov Ramiz Vaqif oğlunun anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidin məzarı önündə keçirilən tədbirə Xəzər Rayon İcra Hakimiyyətinin, YAP Xəzər rayon təşkilatının rəhbər və məsul şəxsləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri qatılıblar.

Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra şəhidin keçdiyi şərəfli ömür yolundan danışılıb, döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.