CƏMİYYƏT


Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 1 dekabr, AZƏRTAC

Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini N.Rzayevanın idarə etdiyi “Chevrolet” və Goranboy rayon sakini Orxan Aslanovun idarə etdiyi “VAZ-2102” markalı avtomobillər toqquşub. Nəticədə O.Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.