CƏMİYYƏT


Xəzər rayonunda brakonyer saxlanılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsinin Xəzərsahili zonasında icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı ov edən şəxsin Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyənləşib. Ondan ovladığı balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerə 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.