İDMAN


Xəzər rayonunda futbol üzrə turnir keçirilib

Bakı, 8 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xəzər rayonunda futbol turniri keçirilib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünün qeyd edilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, idman və sağlam həyat tərzinin təbliği olub.

“Azal Arena”da keçirilən turnirdə 6 komanda mübarizə aparıb. Yarışda fəxri kürsünün ən yüksək pilləsində “Buzovna” komandası qərarlaşıb. İkinci yeri “Şüvəlan”, üçüncü yeri isə “Mərdəkan” komandaları tutublar.

Turnirdə ilk üç yeri tutmuş komandalara Xəzər Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin kubok, diplomlar və hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.