CƏMİYYƏT


Xəzər rayonunda gənclərin iştirakı ilə “Narkomaniyaya son!” onlayn rəsm sərgisi keçirilib

Bakı, 10 iyul, AZƏRTAC

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından irəli gələn vəzifələr çərçivəsində Xəzər rayonunda gənclərin iştirakı ilə “Narkomaniyaya son!” onlayn rəsm sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə gənclərin 40-a yaxın rəsm işi nümayiş etdirilib. Xəzər Rayon Gənclər və İdman İdarəsi və “Xəzərin inciləri” studiyasının təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi gənclərin asudə vaxtlarını daha səmərəli təşkil edərək onları xoşagəlməz vərdişlərdən qorumaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.