İDMAN


Xəzər rayonunda keçirilən qızlar arasında voleybol yarışının qalibləri mükafatlandırılıb

Bakı, 28 may, AZƏRTAC

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol yarışı keçirilib.

Xəzər Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 156 saylı tam orta məktəbin idman zalında Xəzər rayon ümumtəhsil məktəblərinin 2009-2010-cu il təvəllüdlü qızlar arasında voleybol yarışı təşkil olunub.

Yarışda Xəzər Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Elçin Bəşirov, 156 saylı tam orta məktəbin direktoru Gülər İsmayılova, Fəxri bədən tərbiyəsi işçisi Ramiz Əliyev iştirak ediblər.

Oyunun nəticələrinə əsasən birinci yeri 156 saylı tam orta məktəbin komandası, ikinci yeri 117 saylı tam orta məktəbin komandası, üçüncü yeri isə 26 saylı tam orta məktəbin komandası tutublar.

Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.