CƏMİYYƏT
Xəzər rayonunda küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında gül dibçəkləri yerləşdirilir








Bakı, 11 iyun, AZƏRTAC
Meqapolisə çevrilməkdə olan Bakı şəhərində ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması və vizual gözəlliyin təmin edilməsi üçün müxtəlif layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu layihələrin davamı olaraq yay fəslinin gəlişi ilə əlaqədar şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Xəzər rayonunda küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən başladılan aksiya Xəzər rayonunda da uğurla həyata keçirilir.
Belə ki, rayon icra hakimiyyəti tərəfindən rayonun əsas küçə və prospektlərindən biri olan Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 12 bina seçilib, onların eyvanları mövsümi gül və çiçəklərlə bəzədilib.
Yerli sakinlər tərəfindən bu aksiya sevinc hissi ilə qarşılanıb.